Niderlanddakı səfirimiz ölkə Senatının Müdafiə Komitəsinin sədri ilə görüşüb

17:28 17.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev ölkə Senatının Müdafiə Komitəsinin sədri Bastian van Apeldoorn ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə səfir Rəhman Mustafayev “Twitter“də yazıb.

Səfir bildirib ki, görüş məhsuldar keçib.

“Senatın Xarici İşlər və Müdafiə Komitəsinin sədri Bastian van Apeldoorn ilə geniş məzmunlu görüş baş tutub. Görüş zamanı Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət, Rusiyanın və Avropa İttifaqının regiondakı rolu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması, sülh müqaviləsinin perspektivləri, Laçın yolu ətrafındakı vəziyyət barədə söhbət etdik”, o yazıb.

Siyasət rubrikasından digər xəbərlər