Nikaraqua prezidenti insanlığa qarşı cinayətlər törədib

11:10 06.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nikaraqua İnsan Hüquqları üzrə Ekspertlər Qrupu (GHREN) prezident Daniel Orteqanın insanlığa qarşı cinayətlər törətdiyini iddia edib.

Hafta.az-ın “El Pais”ə istinadən yazdığına görə, qrupun açıqladığı hesabatda Orteqa administrasiyasının 2018-2022-ci illərdəki etirazlar zamanı işgəncə, əsassız həbs və məhkəməsiz edam kimi tətbiqlərlə fəalların insan haqlarını pozduğu iddia edilib.

Müxalifətə qarşı hüquq pozuntularının hələ də davam etdiyi deyilən araşdırmaya Orteqanın həyat yoldaşı, birinci xanım Rosario Murillo və Nikaraqua Milli Polisinin müdirləri də məsuliyyət daşıyıb.

GHREN-in direktoru Jan Simon deyib: “Nikaraqua hökuməti ölkədə fərqli vasitələrlə dissident və ya fərqli səsləri aradan qaldırmağı hədəfləyir. Ona görə də insanlar qorxu içində yaşayırlar”.

Ötən ilin mart ayında Mərkəzi Amerika ölkəsində araşdırmalara başlayan qrup, bu proses zamanı Nikaraqua rəhbərliyinə 12 məktub göndərdiklərini və yekun hesabatı onlarla paylaşdıqlarını bildirib. Rəsmilər Orteqa hökumətinin heç birinə cavab vermədiyini iddia edib.

GHREN-dən Jan-Maykl Simon da Nikaraquadakı vəziyyətdən narahatdır. O, ölkəsində yaşananları İkinci Dünya Müharibəsi zamanı Avropada baş verənlərlə müqayisə edib. Simon, 1939-1945-ci illərdə nasistləri müharibə cinayətlərinə görə mühakimə etmək üçün fəaliyyət göstərən Nürnberq Beynəlxalq Hərbi Cinayət Tribunalına istinad edərək, "Təəssüf ki, Nikaraquada gördüyünüz bütün elementlər Nürnberq məhkəmələrində də sübut kimi istifadə edilib" deyib.

Nikaraquada 2018-ci ildə Orteqa hökumətinin pensiya və sosial təminat kəsimlərinə qarşı başlayan etirazlar 2022-ci ilədək müxtəlif miqyaslarda davam edib. Nümayişlərin ən şiddətli dövrü olan 2018-ci ildə aprel-sentyabr ayları arasında BMT-yə görə 355 nəfər həyatını itirib, on minlərlə vətəndaş isə ölkəni tərk edib. Nikaraqua İnsan Haqları Assosiasiyasının məlumatına görə, ümumi itki 500-ə yaxındır.

Fəallar 77 yaşlı Orteqanın istefasını tələb ediblər, lakin lider 2021-ci il seçkilərində də qalib gəlib. Bundan başqa, seçkilərdə Orteqa ilə rəqabət apara biləcək rəqiblər həbs edilib və ya təhdidlərə görə ölkədən qaçıblar.

Xatırladaq ki, Orteqa 1979-1985-ci illərdə Sandinista Milli Azadlıq Cəbhəsinin başçılıq etdiyi 1979-cu il qiyamından və Nikaraquanın o vaxtkı baş naziri Anastasio Somoza Debaylenin devrilməsindən sonra qurulan xunta administrasiyasına rəhbərlik edib.

1990-cı ildə keçirilən seçkilərdə uduzan Orteqa ölkə siyasətinin önəmli simalarından olsa da, ancaq 2006-cı il seçkilərində qalib gələrək baş nazir ola bilib. 2007-ci ildə vəzifəyə başlayan Orteqa sonrakı 4 seçkidə də kreslosunu qoruyub.