Yazını böyüt
Yazını kiçilt
Mən həftənin 3-cü günü üçün Dilçilik İnstitutuna Dini komitədən nümayəndələr dəvət etmişəm. Onlarla dilimizin normaları ilə bağlı müzakirələr aparmağı planlaşdırıram.
Bu fikirləri hafta.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli deyib:
“Axundlar məscidlərdə xütbələr oxuyan zaman, insanlara və ictimaiyyətə səhv məlumat ötürürlər. Niyə “Allah-təala”(cəmaət) deyirsiniz, “Allah-taala”(camaat) demirsiniz? Din xadimlərimiz, axundlarımız gərək ehtiyatlı olsunlar. Onlar insanlara təsir edə bilirlər. Bunun fəsadlarıdır ki, Dilçilik İnstitutuna kifayət qədər çox məhkəmə şikayətləri var”.