Yazını böyüt
Yazını kiçilt
Avropa Komissiyasının (AK) sədr müavini Valdis Dombrovskis Latviyada keçirilən iqtisadi konfransda bildirib ki, 2022-ci ildə Norveç Aİ-nin əsas qaz tədarükçüsü olub, ABŞ isə üçüncü yerdən ikinci yerə yüksəlib.
Hafta.az xəbər verir ki, Dombrovskis Avropa İttifaqının “təchizatçıların strukturunu tamamilə yenidən qurmağa” nail olduğunu vurğulayıb.
2021-ci ildə Avropaya qaz tədarükündə Rusiya lider, Norveç ikinci, ABŞ isə Əlcəzairi sıxışdıraraq üçüncü yerdə qərarlaşıb. Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra Aİ Rusiya qazının tədarükünü mərhələli şəkildə dayandırmaq siyasəti aparır.