Növbəti hərraca 64 dövlət əmlakı çıxarılacaq

15:37 27.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 23 fevral tarixində təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən hafta.az-a verilən məlumata görə, hərraca 64 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 39-u isə səhmdar cəmiyyətidir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin səhifəsindən tanış olmaq olar.