Novxanıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

18:09 21.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Z.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 10:40

Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər batıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.