Ofis işçiləri 2500 dollara zavodda işləməyə hazırdırlar

10:45 12.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan yeni bir araşdırma, ağ yaxalıların 34 faizinin daha yaxşı maaş üçün mavi yaxalı olmağa hazır olduğunu ortaya qoyub.

Hafta.az-ın Zarplata.ru-ya istinadən yazdığına görə, insan resursları xidmətinin araşdırmasında respondentlər hesab ediblər ki, profili dəyişmək üçün 100-200 min rubl maaş kifayət edəcək. Bu diapazon 1285 - 2570 dollara uyğundur.

Heç bir halda fabrikdə işləməyəcəklərini bəyan edənlərin nisbəti 15 faiz olub. Araşdırmalar barədə “İzvestiya”ya danışan insan resursları üzrə ekspertlər ölkədə böyük kadr çatışmazlığının olduğunu xatırladıblar.

150-200 min rubl maaş üçün mavi yaxalı olmağa hazır olduqlarını bəyan edən ofis işçilərinin nisbəti yüzdə 42, profil dəyişikliyi üçün 100-150 rubl kifayət edənlərin nisbəti 39 faizdir. 300 min rubldan aşağı maaşa razı olmayacağını bildirənlər isə 8 faiz olub.

Rusiyada ixtisassız işçilərin maaşı 40 min rubl civarındadır. Ancaq qaynaqçılar kimi ixtisaslı işçilər 60 ilə 100 min rubl arasında maaş alırlar.