Oğrular bir gecənin içində 500 tonluq körpünü oğurladılar

13:05 09.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir gecənin içində 500 ton ağırlığı olan köhnə körpü oğrular tərəfindən aparılıb.

Hafta.az-ın yazdığına görə, hadisə Hindistanın Bihar əyalətində baş verib. Biharın Amiyadvar rayonundakı uzunluğu 19 metr, çəkisi 500 ton olan dəmir körpü 1972-ci ildə tikilibmiş. Oğrular körpünü sökmək üçün Su İdarəsi əməkdaşlarının paltarından geyindikləri üçün, ətrafdakı insanlarda şübhə oyatmayıblar. Körpünü sökmək üçün ağır texnika və dəmir doğrayan cihazlardan istifadə edilib. Oğrular hətta yerli su idarəsinin əməkdaşlarını da aldadaraq 3,5 metr hündürlüyü olan körpünün söküntüsünə cəlb edə biliblər. 

Hazırda polis oğruları tapmaq üçün əməliyyat başladıb.