Oğuz sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

23:20 22.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri biri yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları iki ov tüfəngini könüllü olaraq təhvil veriblər.