Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Oğuz şəhəri, H.Əliyev prospekti, ev 9 ünvanında fiziki şəxs Salmanov Saleh Valeh oğluna məxsus ət satışı məntəqəsində planlı yoxlama aparılıb.
Yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkarlanıb.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.