Oğuzda ikimərtəbəli ev yanıb

19:16 31.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunun Yaqublu kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində mətbəxin tavanı və ev əşyaları 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.