Oğuzda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

13:24 06.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Hafta.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Mollalı kəndində vətəndaşa məxsus pay torpağında müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.