Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

14:12 08.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-i saat 13:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Tərtər, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Lerik, Sumqayıt, Maştağada qar, Bərdə, Mingəçevir, Yevlax, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

Hafta.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-qərb küləyinin sürəti arabir Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metr olub.

"Daha ətraflı və yenilənən məlumatlar meteo.az saytında təqdim edilir".