Ombudsman aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

13:39 20.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Ombudsman Aparatının mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidlərimizin ruhuna dualar oxunub, şəhid məzarlarına tər güllər qoyulub.

Siyasət rubrikasından digər xəbərlər