Onlar hələ də Xankəndidədirlər – Taleləri bu gün müəyyənləşəcək

12:16 02.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Separatçı rejimin keçmiş «prezidentləri» - Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Samvel Şahramanyan Ermənistana köçməyib. «aravot.am» saytının məlumatına görə, onlar hələ də Xankəndidədirlər.

Dünən axşamdan sosial şəbəkələrdə və Telegram kanallarında danışıqlar nəticəsində separatçıların keçmiş başçılarının təhlükəsiz şəkildə Yerevana çatdırılması barədə məlumatlar fəal şəkildə yayılır.

Sayta daxil olan məlumata görə, onlar, hökumət üzvlərinin əksəriyyəti, o cümlədən təhlükəsizlik qüvvələrinin rəhbərləri Qarabağdadırlar.

Gözlənilir ki, bu gün baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyanın taleyi həll olunacaq.

Oxunma sayı 234