Azərbaycan tərəfi üçtərəfli bəyanatın imzalanmasından keçən dövr ərzində ərazilərimizdəki erməni hərbi birləşmələrinin məhz Ermənistanın hərbi qulluqçularından ibarət olduğunu deyir.
Bunu hafta.az-a politoloq Rəşad Bayramov bildirib.
“Məhv edilmiş ermənilərdən 2-nin Ermənistanın hərbi qulluqçuları olmasının faktlarla sübut olunması bizə bu məsələni növbəti dəfə vasitəçi ölkələrin və beynəlxalq təşkilatların qarşısında qaldırmaq imkanı verir.
Ona nail olmaq lazımdır ki, hər kəs erməni hərbi birləşmələrinin ərazilərimizdən könüllü olaraq çıxmayacaqları halda, onların legitim hədəfə çevriləcəyini və məhv ediləcəyini dərk etsin.
Azərbaycanın problemlərini danışıqlar yolu ilə, müzakirələrlə və anlaşma ilə həll etmək məqsədilə mümkün olan bütün vasitələrdən istifadə etdiyi kimi, təxribatların qarşısının alınmasında və erməni hərbçilərinin ərazilərimizdən çıxarılmasında da bütün vasitələrdən istifadə edəcəyinə heç kəsdə şübhə qalmamalıdır”.