Orduya dəstək adıyla pul yığan “QHT rəhbərləri” tutuldu

12:50 02.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul istəyən şəxslər saxlanılıblar.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, saxta “QHT rəhbərləri” DİN əməkdaşları tərəfindən müəyyən olunaraq, polis idarəsinə gətiriliblər:

“Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcək”.