Orduya diqqət artırılacaq - Aktual  

12:42 13.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son illərdə dünyada yaşanan proseslər bir daha göstərir ki, beynəlxalq hüquq prinsiplərini «kim güclüdürsə, o haqlıdır» tezisi əvəz etməyə başlayıb. Bunu Ukraynada yaşanan müharibədə, Yaxın keçmişdə Suriyada, Liviyada, Gürcüstanda, İraqda, Əfqanıstanda çox yaxından müşahidə etmişik.  

Beynəlxalq münasibətlər sistemində qaydaların pozulur, beynəlxalq hüquq işləmir, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə məhəl qoyulmur. Bütün bunların təminatçısı rolunda çıxış edən böyük güclər isə yaratdıqları reallıqları beynəlxalq hüquq adı ilə diqtə etməyə çalışır. Təbii ki, belə bir vəziyyətdə təzyiqlərdən qurtulmaq, müstəqilliyi qorumağın əsas təminatı güclü hərbi prtensiala, Silaşlı Qüvvələrə malik olmaqdır. Azərbaycan 44 günlük müharibədən sonra ordu quruculuğu prosesini daha da sürətləndirib. Hazırda Azərbaycanın dövlət büdcəsindən ən çox vəsait ayrılan istiqamətlərdən biri məhz müdafiə, ordu quruculuğu sahəsidir. Azərbaycan özünü müstəqilliyini, seçimini, həyat tərzini, ərazi bütövlüyünü qorumaq üçün daha güclü olmalıdır.

“Bu gün Qarabağ iqtisadi zonasında qalan qanunsuz erməni silahlıları region, Azərbaycan üçün təhlükə mənbəyi kimi qalmaqdadır. Azərbaycanın Ermənistanla şərti sərhəddində delimitasiya, demarkasiya həyata keçirilməyib. Ermənistan həm sərhəddə, həm də Qarabağdakı silahlı quldur dəstələri vasitəsi ilə atəşkəsi pozur, təxribatlar törədir. Təəssüflər olsun ki, atəşkəsin pozulmasına, təxribatın törədilməsinə maraqlı olan xarici qüvvələr də yetərli qədərdir. Belə olduğu halda Azərbaycan ordusunun güclü olması mühüm şərtdir. Azərbaycan ordusu ola biləcək təxribatlara cavab vermək üçün «Dəmir Yumruğ»unu daim güclü, barıtını quru saxlamalıdır. Azərbaycan “Sülhü istəyirsənsə, müharibəyə hazır ol” prinsipi ilə ordunun gücünü arıtmalıdır”. Bunu hafta.az -a hərbi ekspert Şair Ramaldanov deyib.

 “Müstəqilliyi əldə etmək onu qorumaqdan daha çətindir, vacibdir”-deyə, vaxtilə bu fikirlərin Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndiyini qeyd edən Ş.Ramaldanov, məhz Ümummilli Liderin ölkəyə qayıdışından sonra Qarabağ savaşında dönüşün yarandığını və əldə olunan atəşkəs razılaşmasından sonra ordu quruculuğunu inkişaf etdiyini önə çəkib. Onun sözlərinə görə, Ulu Öndərin o vaxt dediyi fikirlər, prinsiplər bu gün Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam edir. Ekspert, bu prinsipin  müasir dövrdə, müasir dünya və beynəlxalq münasibətlərdə ikili standartların hökm sürdüyü bir vaxtda davam etdiyini xüsusilə önə çəkib.  

“Cənab Prezidentin dediyi kimi beynəlxalq hüquq işləmir, lazımi nəticələr vermir. Bizim burada öz maraqlarımızı, öz müstəqilliyimizi,  seçdiyimiz yolu qorumaq üçün Azərbaycana güclü ordu lazımdır”.

Ş.Ramaldanov eyni zamanda qeyd edib ki, bəzi ölklərdən fərqli olaraq Azərbaycan ordusunun inkişafı sülhü, regionda sabitliyi qorumağa, infrastrukturun inkişafına, beynəlxalq layihələrin işlənməsinə, investisiyanın cəlb edilməsinə və regionda olan insanların rifaoının yaxşılaşdırılmasına yönəlmiş bir gücdür.  Azərbaycan heç bir qonşu dövlətə işğalçı niyyətlə yanaşmır, öz torpaqlarını, xalqını, müstəqiliiyi qoruyur. Eləcə də regionda sabitliyi qoruyan yeganə qüvvədir.

“Güclü ordu güclü dövlətin ola bilər. Azərbaycan  bu gün dünyada gündən-günə nüfuzu artan stabil, iqtisadi inkişafı təmin edən bir dövlət kimi tanınır. Xalqın  dövlətinin ətrafında birləşməsi, dövləti dəstəkləməsi onun gücünü daha da artırır”.

Ekspert Prezidentin öz çıxışında iki prioritet istiqaməti müəyyənləşdirdiyini deyib.

“Bir istiqamət işğaldan azad olunmuş torpaqların bərpası, əhalinin öz yurdlarına qayıtması, loqistik imkanların inkişafı, həmin yolların üzərində iqtisadi potensialın, təmin edilməsi və iqtisadiyyətın müəsisələrin yaradılmasını nəzərdə tutur. İkinci prioritet məsələ isə məhz ordu quruculuğudur, Azərbaycanın hərbi gücünün artmasıdır. Bu iki prioritet yanaşma bir-birinə bağlıdır. Çünki Azərbaycanın azad  edilmiş torpaqlarında müstəqilliyi, həyat tərzini, ərazi bütüövlüyünü qorumasan bütün bərpa işləri, qayıdış mümkün deyil. Bütün bunları həyata keçirmək üçün güclü olmalıyıq. Ona görə də Vətən Müharibəsindən  dərhal sonra  Azərbaycan Prezidenti ordu quruculuğu ilə məşğul olaraq, qısa zamanda onu əvvəlkindən daha güclü inkişaf etdirdi”.

 Ekspert qeyd edib ki, Azərbaycan ordusunun inkişafı, gələcəkdə qarşıya qoyulan mülki və siyasi hədəfləri qorumaq üçün atılan addımdır. Silahlı Qüvvələrimiz sülhü, inkişafı, müstəqillyi, ərazi bütövlüyünü və ərazisini xarici düşmənlərdən qoruyan ordudur:

  “Dünyada gedən proseslər onu göstərir ki, hər bir dövlət, ordu güclü olmalıdır. Müasir beynəlxalq münasibətlərdə də güclə hesablaşırlar. Ona görə də, Ali Baş Komandan Ulu Öndərin qoyduğu ordu quruculuğu prinsiplərini müasir tələblərə uyğunlaşdıraraq, Türkiyə Ordu modelini seçib”.

Ekspert qeyd edib ki, bu gün Azərbaycan ordusu 50 güclü ordu sırasına çıxıb. Onun peşəkar heyəti beynəlxalq tədbirlərdə hörmətlə qarşılanır. Azərbaycan hərbçisi öz peşəkarlığı, biliyi ilə seçilən həbçi kimi qəbul olunur.

Ş.Ramaldanov bildirib ki, hələ də qarşıda 44 günlük savaşda məğlub olub kapitulyasiyaya imza atan lakin revanşist ideyalarından əl çəkməyən Ermənistan və onu dəstəkləyən havadarları var.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, sərhəd bütövlüyünün toxunulmazlığını təmin etmək Azərbaycan dövlət başçısının təyin etdiyi prioritet vəzifələr sırasındadır”

Bunu isə, hafta.az-a hərbi ekspert Ədalət Verdiyev müharibədən sonra Azərbaycanın Ordu Quruculuğunda atdığı addımlarla bağlı açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, Vətən Müharibəsində Azərbaycanın qələbə əldə etməsindən sonra da hərbi potensialımız durmadan inkişaf etdirilir.

“Hazırda Azərbaycan Türkiyə Ordu Modelinə keçidi reallaşdırır. Yeni qoşun növü olan Quru Qoşunları yaradılıb.  Quru Qoşunlarının tərkibində, bir və daha çox komando hissələri yaradılıb. Hərbi heyətin sayı durmadan artmaqdadır. Eyni zamanda, Azərbaycan öz müttəfiq və tərəfdaşları ilə birgə müdafiə sənayesində layihələr həyata keçirir. Azərbaycan zəruri olan silah sistemlərini əldə edir və bununla da ölkəmizin hərbi potensialını, Silahlı Qüvvələrimizin imkanlarını inkişaf etdirir”.

Ekspert qeyd edir ki, Azərbaycanın Silahlı Qüvvələri bundan sonra da qarşısında duran vəzifələrini daha  effektiv və qısa müddətdə icra edəcək, zəruri olan bütün tədbirləri uğurla həyata keçirəcək. 

“Bu tədbirlər çərçivəsində  bütün Silahlı Qüvvələrin tərkibinə daxil olan strukturların xüsusi təyinatlı qüvvələrinin sayı, ən azı, 2 dəfə artırılıb”.