Ötən gün 108 yanğın olub - FHN

12:26 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 101 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-nin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində doqquz nəfər, o cümlədən “Mərdəkan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi olan iki nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib. Həmçinin iyunun 27-də Samur-Abşeron kanalının Quba rayonunun Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batmış 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Oxunma sayı 160