Ötən gün 44 yanğın olub, 5 nəfər xilas edilib

13:49 22.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Nazirlikdən hafta.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas olunub, həmçinin Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın zamanı 14 nəfər bina sakini yanğından təhlükəsiz əraziyə təxliyə edilib.