Ötən gün Azərbaycanda 5942 nəfərə vaksin vurulub

16:21 14.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 13-də Azərbaycan Respublikasında 5942 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Hafta.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 453 min 586 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.