Ötən gün vətəndaşlardan 12 silah, 2 qumbara götürüldü - DİN

10:10 17.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları ötən gün vətəndaşlardan 12 silah, 2 qumbara təhvil götürüb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 11 ədəd müxtəlif markalı tüfəng və 35 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

 

Həmçinin, ötən gün qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 1 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.