Ötən il elektron xidmətlərdən istifadə 14 milyondan çox olub - DGK sədri

10:52 30.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə "smart customs" və digər elektron xidmətlərdən istifadə 14 milyondan çox olub.

Hafta.az xəbər verir ki, bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə DGK-nin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, bu xidmətlərin 7-8 milyonu fiziki şəxslərin payına düşür.