Ötən il Mərakeşdə son 40 ilin ən isti ili olub

13:00 12.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, ötən il iqlim dəyişkənliyi səbəbindən şiddətli quraqlıqla müşayiət olunan Mərakeşdə son 40 ilin ən yüksək temperatur rekordu qeydə alınıb.

Hafta.az-ın yazdığına görə, idarənin rəsmisi Kasablankada keçirdiyi mətbuat konfransında “2022-ci il Mərakeşdə son 40 ilin ən isti ili olub. Orta temperatur 1981-2010-cu illər arasında normal iqlim ölçüsünü təxminən 1,63 dərəcə üstələyib” deyib. O, bu nisbətin Mərakeşin 2020-ci ildə şahidi olduğu başqa bir rekord səviyyəni keçdiyini, qarşıdakı üç ay ərzində "normaldan yüksək temperaturun qeydə alınacağını gözlədiklərini bildirib.

Eyni mənbəyə görə, rekord yüksək temperaturlarla yanaşı, iqlim dəyişkənliyi də ötən il yağış çatışmazlığının 1981-2010-cu illərlə müqayisədə 27 faiz azalmaqla şiddətli quraqlığa səbəb olub.

2021-ci ilin sentyabrından 2022-ci ilin avqustuna qədər olan son kənd təsərrüfatı mövsümü hesablandıqda bu boşluq 46 faizə yüksəlib. Avadanlıq və su naziri Nizar bildirib ki, Mərakeş bu il ardıcıl beşinci ildir ki, quraqlıq mövsümü yaşayır və bu, ölkənin su stresini daha da artırır. Çərşənbə axşamı günü keçirilən son rəsmi siyahıyaalmaya görə, anbarlarda su ehtiyyatı ümumi tutumun 32,4 faizini keçməyib.

Bu ekstremal iqlim hadisələri xüsusilə aqrar sektorun göstəricilərindən asılı olan iqtisadi artımın azalmasına və son aylar kənd təsərrüfatı məhsullarının bahalaşması səbəbindən inflyasiya böhranına səbəb olub.

Çərşənbə axşamı Avadanlıq və Su naziri, kral VI Məhəmmədin sədrliyi ilə keçirilən iclasdan sonra milli su təchizatı planı üçün büdcənin 143 milyard dirhəmə (təxminən 14 milyard dollar) qədər artırılacağını açıqlayıb. Bu proqrama xüsusilə 2027-ci ilə qədər dəniz suyunun şirinləşdirilməsi layihələrinin sürətləndirilməsi və yeni bəndlərin tikintisi daxildir.