Ötən il Rusiyada əhalinin təbii azalması 17,4 faiz səngiyib

10:53 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Statistika Xidmətinin (Rosstat) məlumatlarına görə, 2023-cü ildə Rusiyada əhalinin təbii azalması 2022-ci illə müqayisədə 17,4 faiz azalaraq 495,2 min nəfərə çatıb.

Hafta.az-ın yazdığına görə, 2022-ci ildə əhalinin təbii azalması 599,6 min nəfər olub.

“Rosstat”ın məlumatına görə, ötən il doğulanların sayı əvvəlki illə müqayisədə 3,2 faiz azalaraq 1 milyon 264,9 min uşağa düşüb.

2023-cü ildə ölənlərin sayı 7,6 faiz azalaraq 1 milyon 760,2 min nəfər olub.

2024-cü il yanvarın 1-nə Rusiyanın daimi əhalisi 146 milyon 206 milyon nəfər olub.

2024-cü ilin əvvəlində “Rosstat” Rusiyanın 2046-cı ilə qədər demoqrafik proqnozu üçün iki mümkün ssenari təqdim edib. Proqnozun optimist versiyasında Rusiya əhalisinin 2046-cı ilin əvvəlində 4,59 milyon nəfər artaraq 150,87 milyon nəfərə çatacağı, pessimist versiyaya görə isə 2046-cı ildə ölkə əhalisinin 15,4 milyon nəfər azalaraq 130,6 milyon nəfərə düşəcəyi nəzərdə tutulur.

Oxunma sayı 208