Ötən il vəfat edən tələbələrin sayı açıqlanıb

17:16 03.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ölüm statistikası açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd edilib ki, ötən il 72 tələbə vəfat edib. Onlardan 56-sı bakalavriat, 5-i magistratura, 5-i tam orta ixtisas, 6-sı isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.