Ovçular Cəmiyyətinə məcburi üzvlük LƏĞV OLUNUR 

12:47 24.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Məclisdə “Ovçuluq haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

Hafta.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük və digər tələblər aradan qaldırılır.

 

Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Siyasət rubrikasından digər xəbərlər