Övladlarının andiçmə mərasiminə gedən bir ailədən 3 nəfər qəzaya düşərək ölüb

10:23 11.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hafta.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Qax sakini olan bir ailənin 3 üzvü ölüb, 5 nəfər yaralanıb.

Ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. İki avtomobilin toqquşması nəticəsində Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həyatlarını itirib.

Eyni zamanda Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş.