Özbəkistan prezidenti Azərbaycana gəlir

11:03 21.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.

Səfər zamanı yüksək səviyyədə danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşməsi və prioritet istiqamətlər üzrə praktik əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.

Danışıqların yekunları üzrə ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi nəzərdə tutulur.

Siyasət rubrikasından digər xəbərlər