Pakistan biznes missiyası Azərbaycana səfər edəcək

16:11 01.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın ikinci yarısında Pakistanın biznes nümayəndələri, düyü istehsal edən şirkətlərin təmsilçiləri Azərbaycana səfər edəcək.

Hafta.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu çərçivəsində bildirib.

“Missiyanın səfəri Pakistan düyüsünü Azərbaycan bazarında daha rəqabətli edə bilər. Eyni zamanda, gələn ilin fevral-mart aylarında Azərbaycan biznes missiyası Pakistana səfər edəcək”.

Oxunma sayı 1407