Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada kəndlərdə yaşayan yoxsulları iş verəcəyi vədi ilə aldadaraq böyrəklərini satan 3 dəstə üzvünün tutulduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, dəstə üzvlərinin əvvəlcə kəndliləri işləmək vədi ilə İslamabada gətirdiyini bildirən Xan deyib ki, burada onlar məcburi tibbi müayinədən keçirilir və xaricdə işləmək üçün xüsusi müəssisədə böyrəkləri çıxarılır.
Dəstənin böyrəyini 2,5-5 milyon rupi civarında zəngin insanlara satdığını bildirən Xan, qurbanların iqtisadi cəhətdən imkansız qruplar olduğuna diqqət çəkib.
Xan indiyə qədər 90 nəfərin böyrəyinin satıldığını müəyyən etdiklərini və əməliyyatı aparan həkimlərin də saxlanıldığını bildirib.
Qeyd edək ki, Lahorda 328 nəfərin böyrəyini satan dəstə üzvləri oktyabrın 3-də yaxalanıb.