Pakistanın birinci xanımı və XİN rəhbəri Azərbaycan stendini ziyarət edib

16:15 20.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.

Səfirlikdən hafta.az-a verilən xəbərə görə, tədbirdə bir sıra xarici dövlətlərin Pakistandakı səfirlikləri və yerli şirkətlər iştirak ediblər.

Azərbaycan səfirliyinin stendində ölkəmizin milli yeməklərindən və şirniyyatlarından ibarət müxtəlif təamlar iştirakçılara təqdim olunub, o cümlədən tariximizi və mədəniyyətimizi təcəssüm etdirən suvenirlər nümayiş etdirilib.

Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın xarici işlər naziri Cəlil Abbas Gilani və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, ölkəmizin milli mətbəxinin nümunələri, eləcə də suvenirlərdən ibarət sərgi ilə tanış olublar.

Xeyriyyə bazarında Azərbaycan səfirliyinin stendindən əldə olunan vəsait Qadınlar Assosiasiyasının fonduna köçürülüb.

 
Oxunma sayı 48
Siyasət rubrikasından digər xəbərlər