Pakistanın rəsmi olaraq tanımadığı mobil telefonların sındırılması texnologiyasını İsraildən aldığı bildirilir.
Hafta.az-ın İsrail mediasına istinadən yazdığına görə, Pakistan ötən illərdə İsraildə yerləşən kibertəhlükəsizlik şirkəti Cellebrite-dən mobil telefonların sındırılması texnologiyasını alıb.
Hətta Pakistanın kəşfiyyat qurumu Federal Təhqiqat Agentliyi (FIA) və təhlükəsizlik qüvvələri 2012-ci ildən İsrail istehsalı olan haker texnologiyalarından istifadə edir.
Bildirilir ki, texnologiya 2019-cu ilə qədər Cellebrite-in Sinqapur filialı vasitəsilə Pakistan hakimiyyətinə satılıb.
Məlumata əsasən, İsraildə istehsal olunan texnologiya ilə telefonlardakı bütün məlumatlar, o cümlədən fotoşəkillər, sənədlər, mesajlar, zəng tarixçələri və kontaktlar parolla qorunan mobil telefonlara daxil edilərək kopyalana bilir.
Qeyd edək ki, Pakistan İsraili rəsmən tanımır. Digər tərəfdən, Pakistan pasportları “İsraildən başqa bütün ölkələrdə etibarlıdır”.