Pakistanın XİN rəhbəri koronavirusa yoluxub

21:52 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi koronavirusa yoluxub.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə XİN rəhbəri öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, o, bu gün hərarəti olduğunu hiss edib və dərhal özünü təcrid edib: "Mənim COVİD-19 testimin nəticəsi müsbət çıxıb".

XİN rəhbəri öz işini evdən davam etdirəcəyini qeyd edib.

Oxunma sayı 3231
Dünya rubrikasından digər xəbərlər