Yazını böyüt
Yazını kiçilt
Pakistan və Hindistan qarşılıqlı olaraq səfirliklərə diplomatları təyin etmək qərarına gəliblər.
Hafta.az-ın yazdığına görə, Pakistan Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi Saad Əhməd Varaiçin Hindistanda yeni müvəqqəti işlər vəkili təyin edilməsinə qərar verib. Varaiç hazırda Xarici İşlər Nazirliyində İran, Əfqanıstan və Türkiyə üzrə baş direktor vəzifəsində çalışır.
Mənbələr bildiriblər ki, qonşu ölkə Hindistan da Pakistan üzrə yeni müvəqqəti işlər vəkilinin adını dəqiqləşdirib. Diplomatik mənbələr Pakistanla Hindistan arasında diplomatların viza mübadiləsinə də başlanıldığını bildirir.