Pambıq yığımı gecikir – Səbəb açıqlandı

13:39 24.12.2022 Müəllif:Tünzalə İsmayılova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda pambıq yığımı mövsümü davam edir. Pambıq yığımı normalda oktyabr-Noyabr aylarında bitsədə bu il bir qədər gecikib. Fermerlər yığmın gecikməsinə səbəb kimi havaların qeyri sabit keçməsini bildirir.

Kənd təsərrüfatı rayonlarında pambıq yığımı davam edir. Məhsul yığımı dövründə havaların qeyri sabit keçməsi pambıq yığımını ləngidib. Fermerlər deyirlər ki, havaların yağmurlu və soyuq keçməsi pambıq qozalarının tam açılmamasına səbəb olub. Bu da öz növbəsində yığımı gecikdirib. Lakin  ötən ildən fərqli olaraq bu il məhsuldarlıq yüksəkdir.

Nurəddin Meydanov, fermer - Hardasa 3 hektar yarım pambıq əkmişdim. 2 hektar yarımın yığıb vermişəm. 1 hektar durur. Onuda indi yığıram.Məhsuldarlıq yaxşıoldu. Hər hektarda 33-34 sentiner. Gecikmə səbəbinə gəlincə, pambıq biraz alaqda qaldı. Sonra soyuqlar düşdü. Açan açdı, açmıyanın da qozası üstündədir. Bunu yığırıq, 2-ci dəfə yenə yığacıyıq.

Mütəxəsislər hesab edir ki, pambıq yığmımının gecikməsində bir neçə faktor rol oynayır. Bunlardan biri iqlimin dəyişikliyi ilə əlaqədər pambıq səpinin gec başlamasıdır ki, bu da, məhsulun  vegetasiya müddətinin uzanmasına və gec yetişməsinə səbəb olur. Əvvəllər havaların normal keçdiyi zamanlarda torpağın temperaturu mart ayının sonlarında 14-16 dərəcəyə çatırdı və o zaman pambıq səpini aparılırdı. Avqust ayında isə başlayan yığım prosesi oktyabrın sonlarına noyabrın ortalarında yekunlaşırdı. Ancaq bu il pambıq səpini bəzi rayonlarda may ayının əvvələrində aparılıb. Bu da məhsulun gec yetişməsinə səbəb olur ki, yığım prosesisinin də, dekabr ayının sonlarına qədər davam etməsinə gətrib çıxarır.

Fazil Məmişov, “Azərpambığ”ın sahə aqronomu - Pambıq yığımı həm maşın, həm əl ilə aparılır. Pambığın əsasən bu vaxta qalmağı, gecikmə səbəbi odur ki, pambıq gec bar verdi. Ona görə pambıq sonar tutub. 10-15 gündən sonra kombayn sahələrə daxil olacaq. Bu sahədə 40-50 faiz qoza var. Qozalarda açacaq, bir dəfədə yığım olacaq.

Pambıq yığmının gecikməsinin səbəbini öyrənmək üçün Kənd təsərüffatı nazirliyi ilə əlaqə saxladıq qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Hüseyinov bildirdi ki, yığımın gecikməsinə səbəb havaların yağmurlu keçməsidir.

“Noyabr dekabr, hətta oktyabr aylarında havaların yağıntılı keçməsi pambıq yığımının biraz əngəlləyir. Yəni, havaların ümumiyyətlə yağıntı olmasa belə nəmli keçməsi pambığın yığılmasına mane olur. Çünki sahələr tam şəkildə quru olmalıdır ki, texnika vasitəsi ilə pambığı tam şəkildə yığmaq mümkün olsun. Bu səbəbdən artıq bir neçə ildir ki, respublikada pambıq yığımı dekabr ayının sonlarına qədər davam edir. Bu il artıq pambığın 96 faizi sahələrdən yığılıb. Çox kiçik həcm qalıb. Və bunu nəzərə alaraq yığımı optimal müddətdə başa çatacağını gözləyirik, məhsuldarlıq kifayət qədər yüksəkdi. Təkcə ötən ildən müqayisədə bu il sahələrdən 26 min tondan artıq pambıq yığılıbdır. Bu rəqəm mövsümün sonunda daha da artacağını söyləmək olar”.

Qurumun rəsmisi onuda qeyd etdi ki, artıq respublikada pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Fermerlər tərəfindən kondinsiya çəkidə 313 min tondan artıq məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Orta göstərici üzrə məhsul 30 sentinerdən yüksəkdi.