Yazını böyüt
Yazını kiçilt
Almaniyanın Hannover şəhərində paralimpiyaçılar arasında atıcılıq üzrə beynəlxalq turnir davam edir.
Hafta.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova turnirdə miks komanda növündə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında gümüş medala sahib çıxıblar.
Turnirdə Makedoniya komandası birinci, Braziliya isə üçüncü pillədə yer alıb.
Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.