Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Hafta.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb. Güləşçimiz xalçadan 4:11 hesabı ilə məğlub ayrılıb. Rəqib finala vəsiqə qazansa, Ə.Rzazadə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcək.
Digər sərbəst güləşçi Osman Nurmaqomedov (86 kiloqram) isə bir neçə dəqiqə sonra 1/8 finalda monqolustanlı Bat Erdene Byambasurenlə üz-üzə gələcək.
Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq. Onun rəqibi qırğızıstanlı Amantur İsmayılov olacaq.