“Paris-2024”: Hacı Əliyev mübarizəni dayandırıb

21:14 10.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Hafta.az xəbər verir ki, buna idmançımızın 1/4 final mərhələsində uduzduğu Macarıstan təmsilçisi İsmail Musukayevin finala çıxa bilməməsi səbəb olub.

Bununla da Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşə qatılmaq şansını itirib.