Paşinyan bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etdi - Erməni "deputat"

20:00 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“2023-cü il aprelin 18-də Paşinyan Artsaxın (Qarabağ red.) beynəlxalq öz müqəddəratını təyinetmə hüququnu qəbul etmədiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını artıq bəyan edib”.

Hafta.az bildirir ki, bu barədə separatçı rejimin "parlamentinin üzvü" Metakse Akopyan öz Facebook səhifəsində yazıb.

“2022-ci il aprelin 13-də Ermənistanın baş naziri Milli Assambleyanın yüksək tribunasından bəyan etdi ki, beynəlxalq ictimaiyyət Qarabağla bağlı tələbin aşağı salınmasını tələb edir.

18 aprel 2023-cü ildə o, artıq öz müqəddəratını təyinetmə hüququnu qəbul etmədiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib".

Siyasət rubrikasından digər xəbərlər