Paşinyan sülh sazişinin İMZALANACAĞI VAXTI AÇIQLADI

16:53 05.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır.

Hafta.az bildirir ki, “Hraparak” qəzetinin məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, belə bir bəyanatla hakim fraksiyanın deputatları ilə qapalı iclasda Azərbaycan prezidenti İlham Əliyevlə Brüssel görüşünün nəticələri barədə onlara məlumat verərkən deyib.

Bundan əvvəl Brüsseldə Paşinyan, Əliyev və Mişel arasında dördüncü görüş keçirilib. Ermənistan, Azərbaycan liderlərinin və Avropa İttifaqı Şurasının sədrinin əvvəlki üçtərəfli görüşləri 2021-ci ilin dekabrında, 2022-ci ilin aprel və mayında Brüsseldə keçirilib.

Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən dördüncü iclasın yekunlarına əsasən bildirib ki, tərəflər sülh sazişi üzrə substantiv işi aktivləşdirməyə razılaşıblar. İclasda iki ölkənin xarici işlər nazirlərinə bir ay müddətində sülh müqaviləsi mətninin layihəsini müzakirə etmək üçün görüş keçirmək tapşırılıb. Tərəflər həmçinin bu ilin noyabrında Brüsseldə növbəti üçtərəfli görüşün, habelə sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi barədə razılığa gəliblər.

Siyasət rubrikasından digər xəbərlər