“Paşinyan universiteti bitirməyib, müdafiə naziri də tarixçidir" - Hrant Baqratyan

13:06 20.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Hərbi hissədə yanğın və 15 hərbçinin həlak olması dəhşətli hadisədir. Bu kontekstdə Nikol Paşinyanın bəyanatı və onun günahkarlarını cəzalandırmaq istəyi qəbuledilməzdir.

Hafta.az bildirir ki, bu barədə Azadlıq Partiyasının sədri, keçmiş baş nazir Qrant Baqratyan öz Facebook səhifəsində yazıb.

“Sizin bizim baş nazirimiz olmanız artıq dəhşətli cəzadır. Daha çox cəza ola bilərmi? Ümumi ifadələr əvəzinə deyə bilərsinizmi bu hərbi hissədə kimlər növbətçi olub? Yaxud bu elementar şeyləri bilmək üçün təhsil kifayət etmir, Mən özüm də orta məktəbi bitirə bilmədim, sizin müdafiə naziriniz tarixçidir. Sizin orduda "islahat" da belə olmalı idi. Siz istefa verə bilərsinizmi?"

Siyasət rubrikasından digər xəbərlər