Yazını böyüt
Yazını kiçilt
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişi imzalamazdan əvvəl qoşunlarını sərhəddən çıxarmalıdır.
Hafta.az bildirir ki, Paşinyan qeyd edib ki, Ermənistan tərəfi sülh müqaviləsi imzalanana və ya qüvvəyə minənədək sərhədin delimitasiyasını başa çatdırmağa ümid edirdi, lakin indi “bunun real olmaya biləcəyinə dair siqnallar var”.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan da heç bir təfərrüat olmadan çərçivə sülh sazişi imzalaya bilər, çünki “bütün məsələlərin üzərində işləmək uzun və çətin prosesdir”.