“Rusiyanın ən yaxşı agenti” adlanan üzdəniraq keşiş Vazgen (Baqrat) Qalstanyan bu gün Baş nazir N.Paşinyanın daşqınlar baş verən fəlakət zonasında olduğunu yaxşı bildiyi üçün Respublika meydanına toplaşan revanşist erməni kütləsini hökumətin bağ evlərinin ərazisinə yürüş etməyə çağırıb.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
“Baş nazir səhər tezdən fəlakət zonasındadır. Hökumətin yay iqamətgahına yürüş edən Vazgen Qalstanyan bunu yaxşı bilir. Bu o deməkdir ki, hökumətin bağ evinə yürüşün təxribatdan başqa məqsədi yoxdur”.
Bunu Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, mayın 4-dən Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına etiraz olaraq Paşinyan hökumətinə qarşı kütləvi aksiyalar başladan keşiş Baqrat bu gün saat 16:00-dan İrəvanın baş meydanında təşkil etdiyi növbəti mitinqdə artıq özünü baş nazirliyə namizəd kimi təqdim edib.