Yazını böyüt
Yazını kiçilt
Paytaxt sakininə qarşı quldurluq əməli törətməkdə şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, martın 24-də Bakı şəhər sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Kərimli və Tural Həmidov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin üzərində axtarış aparılarkən onlardan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.