Peru mətbuatında Qarabağ regionunda aparılan antiterror tədbirlərindən bəhs edilib

13:01 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Perunun nüfuzlu “La Republica” gündəlik qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Azərbaycanın Qarabağ regionunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı müsahibəsi dərc edilib.

Azərbaycanın Meksikadaki səfirliyindən hafta.az-a bildirilib ki, müsahibədə erməni silahlı quldurlarının Azərbaycan ərazisində həyata keçirdiyi növbəti terror aktı zamanı dinc sakinlərlə yanaşı, polis əməkdaşlarının həlak olması barədə məlumat verilir, intensiv hal almış bu cür təxribat əməllərinin qarşısının alınması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbilərinin aparıldığı qeyd olunur.

Bildirilir ki, Azərbaycan ordusu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində qarşıda duran bütün vəzifələr yerinə yetirilmiş, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyaraq tam şəkildə tərksilah olunması, bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi barədə razılıq əldə olunub.

Müsahibə zamanı Qarabağ münaqişəsinin həllində Rusiya tərəfinin vasitəçiliyinin roluna toxunulub və Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətinin nəzərə alınaraq antiterror tədbirlərinin dayandırılması barədə razılığa gəlindiyi qeyd olunub.

Həmçinin, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiya məsələlərinin müzakirəsi məqsədilə keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.

Siyasət rubrikasından digər xəbərlər