Peruda zəlzələ - 6 nəfər ölüb

09:06 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Perunun mərkəzi hissəsində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər həyatını itirib.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.

Peru Geofizika İnstitutunun məlumatına əsasən, zəlzələnin episentri Xunin departamentində yerləşən Çupaka şəhərinin 7 kilometr cənubunda, ocağı isə 24 kilometr dərinlikdə qeydə alınıb.