Peşə liseyləri məzunlarının yekun attestasiyası aparılıb

16:32 18.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peşə liseyləri məzunlarının yekun attestasiyası aparılıb.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən xəbərə görə, 2022/2023-cü tədris ilində peşə liseylərini bitirmiş 2758 nəfər məzundan buraxılış imtahanlarında iştirak etmiş 2738 nəfərin tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyası Dövlət İmtahan Mərkəzi tərəfindən aparılıb və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilib.

Müvafiq ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər.