Peyvənd olunanların sayı açıqlanıb

19:25 31.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 059 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 109, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 22 309 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 520, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 264 təşkil edir.