Peyvənd olunanların sayı açıqlanıb

16:59 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza vaksin vurduranların sayı 27 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.